Xəbər lenti

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general - Video

Tarix: 28-04-2024 00:23     Baxış: 903

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Mubarizciler.az xəbər verir ki, budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Milli Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Səlimova həsr olunub.

Bildirilir ki, Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində anadan olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alıb. 1900-cü il avqust ayının 12-də orduya könüllü yazılıb. Həbib bəy indiki Gəncə süvari alayında 1 il 2 ay xidmət edərək unter-zabit rütbəsi alıb.

1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb. O, AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə 1919-cu il fevralın 26-da əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsilə təltif edilib.

Həbib bəy Səlimovun əvəzsiz xidmətlərindən biri 1920-ci ilin mart-aprel aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə xəyanət edən, silahlı qiyam qaldıran erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə vurulub, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilib.  

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar