Xəbər lenti

Cüdoçularımız tarix yazdılar

Tarix: 28-04-2024 00:12     Baxış: 1 253

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəsini əldə edib.

Mubarizciler.az ın məlumatına görə,  Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu kateqoriyada nömrə bir cüdoçu — Laşa Bekaurini məğlub edib.

Bundan əlavə 73 kq çəki dərəcəsində dünya reytinqində nömrə 1 olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu uğurla qoruyub.

Balabəy Ağayev isə kişilər arasında 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. Cüdoçularımız Turan Bayramov (-60 kq.), Aydan Vəliyeva (-52 kq.), Murad Fətiyev (-90 kq.) və Zelim Kotsoyev (-100 kq.) 5-ci yerə çıxıblar.

Bu nailiyyətlərlə Azərbaycan Avropa çempionatında medal əyarına görə ən uğurlu çıxışını qeyd edib!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar