Xəbər lenti
8-05-2024, 00:26
 

Qusar polisi məktəblilərlə görüşüb - Fotolar

Tarix: 27-04-2024 20:04     Baxış: 294

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Yasab kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı  Ceyhun Osmanov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Daha sonra  “Narkomaniyaya yox deyək”  mövzusunda çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru Ramik Nəzərov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə inspektoru Ülviyyə Çingizzadə, məktəblilərə dövlət və dövlətçilikdən bəhs edərək, onlara sağlam gələcək naminə təhsillərinə daha çox diqqət ayırmalı olduqlarını bildirib.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar