Xəbər lenti

Ana Tağıyev vətəndaşların müraciətlərini dinlədi - Fotolar

Tarix: 25-04-2024 14:39     Baxış: 294

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. 

Belə ki, Şəhər rəhbəri tərəfindən həm Şəhər İcra Hakimiyyətinin inzibati binasında, həm də mövcud problemlərin yerindəcə öyrənilib həllini sürətləndirmək məqsədilə rayonun kənd və qəsəbələrində təsdiq olunmuş qrafik üzrə hər həftə səyyar qəbullar keçirilir. 

Mubarizciler.az xəbər verir ki, Şəhər İcra hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Qaramanlı kəndində keçirmişdir. Səyyar qəbulda ŞİHB-ı aparatının məsul şəxsləri,rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Səyyar qəbulda sakinlərin söylədikləri arzu və təkliflər diqqətlə dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəc həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.  Səyyar qəbuldan razı qalan sakinlər onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar