Rəşad Tağıyev Şəhid və Qazi ailələri ilə görüşüb - Fotolar
Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Qılıncbəyli kəndində şəhid ailələri, qazilərlə görüşüb.
İcra başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq.
Bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, qazilərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.
Xəbəri paylaş