Xəbər lenti

YAP Goranboy rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi - Fotolar

Tarix: 24-04-2024 21:07     Baxış: 560

23 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Nizam ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mubarizciler.az xəbər verir ki,  Yığıncaqda çıxış edən YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən, ölkə başçısı, Ali Baş Komandan Partiyamızın sədri cənab İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verdi. Rayon təşkilatının sədr müavini Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş Nizamnamə və Proqramın mahiyyətindən və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Sonra hesabat məruzələri dinlənilib, təşkilatı məsələlərə baxılıb, Ərazi Partiya Təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib və səsvermə yolu ilə təşkilata yenidən sədr və sədr müavini seçilib.

Beləliklə, Musayev Elvin Kamran oğlu Nizami ərazi partiya təşkilatının sədri, Mirzəyeva Sədaqət Oktay qızı isə sədr müavini seçiliblər.

Sonda YAP Goranboy rayon təşkilatının sədr müavini yeni seçilən tərkibi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar