Xəbər lenti

Elçin Rzayev vətəndaşların növbəti səyyar qəbulunu keçirib - Fotolar

Tarix: 24-04-2024 20:52     Baxış: 994

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev aprelin 23-də rayonun hüquq-mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Əliqulular kənd sakinləri ilə səyyar görüş keçirib, onların müraciətlərini dinləyib.

 Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.

 Mubarizciler.az xəbər verir ki,  sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar