Məhərrəm Quliyev vətəndaşların müraciətlərini dinlədi - Fotolar
Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi, müraciətlər və təkliflər dinlənildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.
Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin inzibati binasında, rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev nöbvəti qəbul keçirdi. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.
Xəbəri paylaş