Xəbər lenti

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət edib - Fotolar

Tarix: 24-04-2024 17:32     Baxış: 917

Aprelin 24-də prokurorluğun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 116-cı ildönümü ilə əlaqədar yazıçının vaxtilə İçərişəhərdə yaşadığı - “Ədibin Evi” mədəniyyət ocağını ziyarət ediblər.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva prokurorluq əməkdaşlarına XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, “Ədibin evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi istifadəyə verilib. 

Yazıçının “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi əsərlərinin, həmçinin bir çox məşhur hekayələrinin bu evdə qələmə alındığı diqqətə çatdırılıb. 

Ekskursiya çərçivəsində prokurorluq əməkdaşları Mir Cəlal Paşayevə aid şəxsi əşyalar və onun haqqında yazılmış kitablarla tanış olublar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar