Polis Akademiyasında interaktiv təlim metodları ilə keçirilən məşğələ dərsləri davam edir - Fotolar
Müasir təhsil sisteminin tələblərinə uyğun olaraq tədris materiallarının daha keyfiyyətli mənimsənilməsinə və yadda saxlanılmasına, sərbəst fikir yürütmək və nitq mədəniyyəti vərdişlərinin inkişaf etdirilməsinə nail olmaq olmaq məqsədilə Polis Akademiyasının tədris prosesində interaktiv təlim metodları ilə keçirilən məşğələ dərsləri davam etdirilir.
Mubarizciler.az-ın məlumatına görə, bu qəbildən olan növbəti dərslər Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında tədris olunan “Konstitusiya hüququ” fənni üzrə I kurs kursantları ilə keçirilib.
03 və 20 aprel 2024-cü il tarixlərində kafedranın müəllimləri, polis leytenantı Ayişə Əliyeva və polis baş leytenantı Mirzə Məmmədov tərəfindən “Azərbaycan dövlətinin konstitusiya əsasları” və “Azərbaycan Respublikasında şəxsiyyətin konstitusiya hüquqi statusu” mövzusunda qruplarla iş (klaster-şaxələndirmə) üsulu ilə interaktiv dərslər keçirilib.
Fənlər üzrə kursantların mənimsəmə səviyyəsinin yüksəldilməsi məqsədi ilə dərslərdə taqımlar dörd komandaya bölünüb. Hər bir komanda əvvəlcədən müəyyən edilmiş suallar üzrə təqdimatlar hazırlayıb.
“Azərbaycan dövlətinin konstitusiya əsasları” mövzusu üzrə keçirilən dərsdə komandaların “Azərbaycan Respublikasının idarəetmə forması”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Azərbaycan Respublikasının ərazi quruluş forması” və “Azərbaycan dövlətinin siyasi-rejim forması”, “Azərbaycan Respublikasında şəxsiyyətin konstitusiya hüquqi statusu” mövzusu üzrə keçirilən dərsdə isə “İnsan və vətəndaş hüquq və azadlıqlarının təsnifatı, “İnsan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı”, “İnsan və vətəndaş hüquq və azadlıqlarının icra təminatı mexanizmi” və “İnsan və vətəndaş hüquq və azadlıqlarının ombudsman təminatı” ilə bağlı təqdimatlarları dinlənilib.
Qarşılıqlı diskussiya və müzakirələrlə davam edən dərsin sonunda qrupların qiymətləndirilməsi aparılıb.
Xəbəri paylaş