Xəbər lenti

YAP Goranboy rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi - Fotolar

Tarix: 22-04-2024 22:47     Baxış: 784

22 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Qazançı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mubarizciler.az xəbər verir ki,  Yığıncaqda çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsindən, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasətindən, Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 20 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərdi.Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur.Sonra hesabat məruzələri dinlənilib, təşkilatı məsələlərə baxılıb, Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib və səsvermə yolu ilə təşkilata yenidən sədr və sədr müavini seçilib.

Beləliklə, Hüseynova Gilas  Hətəm qızı Qazançı ərazi partiya təşkilatının sədri, Rüstəmova Gülay Əlövsət qızı isə sədr müavini seçiliblər. 

Sonda YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev yeni seçilən tərkibi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar