Xəbər lenti

Abşeronda növbəti vətəndaş qəbulları keçirildi - Fotolar

Tarix: 22-04-2024 21:51     Baxış: 889

Vətəndaşların müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar olaraq Abşeron rayonunda növbəti səyyar qəbul-görüşlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, rayonun Görədil, Fatmayı, Perekeşkül, Aşağı Güzdək, Güzdək və Hökməli kəndlərində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev  Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən, Rusiya sülhməramlılarının Qarabağ iqtisadi zonasından çıxmasının və Qazaxın 4 kəndinin geri qaytarılmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş torpaqlara qayıdır, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına qovuşurlar.

Azərbaycanın döyüş meydanında şanlı qələbə qazanmasına baxmayaraq sülh tərəfdarı olduğunu qeyd edən  Abdin Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısı vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar