Xəbər lenti

İdmançımız Sofiyadan medalla qayıtdı - Fotolar

Tarix: 22-04-2024 17:19     Baxış: 1 169

Azərbaycanın Kamandan Oxatma Federasiyasının gənclərdən ibarət komandası 19-21 aprel tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Oxatma Federasiyasının gənclər və yeniyetmələr arasında keçirilən Avropa kubokunda yarışlara qatılıb.

Mubarizciler.az ın məlumatına görə,  28 ölkədən 48 idmançının qatıldığı yarışmada həmyerlimiz Hüseynli Fatimə final mərhələsində fransalı idmançıya məğlub olaraq ikinci yeri qazanıb. 

Beləliklə, kamandan oxatma üzrə Avropa kubokunda ikinci yerin qalibi Azərbaycanın Kamandan Oxatma Federasiyasının idmançısı Hüseynli Fatimə olub. 

Qeyd edək k, Fatimə 4-14 may tarixlərində Almaniyanın Essen şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatında iştirak edərək lisenziya uğrunda mübarizə aparacaq.

Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə təsis edilib. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma  Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür. 








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar