Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Tərlan Cəbrayılovun 30-cu ildönümü qeyd edilib - Fotolar
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Qazanbulaq qəsəbə Mədəniyyət Evində Qazanbulaq, Qaradağlı kənd Mədəniyyət Evləri, Kələk, Həmənli, Qazançı, Qırıqlı, Gülməmmədli və Şadılı kənd Klubları, Qazanbulaq Qəsəbə Kitabxana Filialının birgə təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsi zamanı Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Qazanbulaq Qəsəbə sakini Tərlan Barat oğlu Cəbrayılovun vəfatının 30-cu ildönümünə həsr olunmuş "Qəhrəmanlar Unudulmur" adlı anım tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, Keçirilən anım tədbirində Tərlan Cəbrayılovun anası Sona Cəbrayılova, Birinci Qarabağ və Vətən müharibəsinin Şəhid ailələri, Qazilər, Veteranlar, Goranboy rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, Mərkəzin bədii-rəhbəri İdeya Dəmirbəyli, kənd və qəsəbələrdə fəaliyyət göstərən Mədəniyyət Evləri və Klubların nümayəndələri, Qazanbulaq Qəsəbə İcra Nümayəndəliyi, Şəhidin döyüş yoldaşları, qəsəbə sakinləri, T.Cəbrayılov adına Qazanbulaq Qəsəbə Tam Orta məktəbinin pedaqoji kollektivi və şagirdləri eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbir iştrakçıları Şəhid ailəsi ilə birlikdə Borsunlu kənd qəbristanlığına gələrək Şəhidimizin məzarını ziyarət etmiş, məzarı önünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Qazanbulaq Qəsəbə Mədəniyyət Evində davam etdirildi.
Keçirilən anım tədbirində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət işçisi,İctimai-fəal Elçin Tağıyev ilk öncə bütün Şəhid ailələrinə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi cənab Pərvin Kazımovun və Goranboy rayonu üzrə nümayəndəsi İsax Məmmədovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə səbir diləmişdir. Eyni zamanda bütün iştrakçıları salamlayaraq keçirilən anım tədbiri haqqında geniş nitq ilə çıxış etmişdir.
Qazanbulaq Mədəniyyət Evinin Metodisti Mahirə Ərcüməndi Şəhid Tərlan Cəbrayılovun keçdiyi şərəfli döyüş yolu və onun qısa və mənalı ömür hekayəsi barədə çıxış etmişdir.
Çıxış edən Mərkəzin direktoru Arzu Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açaraq 44 günlük haq savaşında bütün Şəhidlərimizin qisasının alındığını vurğuladı. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin edilərək bütövləşdi. Bu böyük bir qələbədir deyə A. Əliyev bildirmişdir.
Şəhid anası Sona Cəbrayılova onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid anası Tərlan Cəbrayılovun anım mərasimini yüksək səviyyədə qeyd edilməsi üçün keçirilən tədbirin təşkilatçılarına, Mədəniyyət işçilərinə minnətdarlığını bildirdi.
Çıxış edən Şəhidin döyüş yoldaşı, Birinci Qarabağ Müharibəsi Qazisi Surxay Ekberi Tərlan Cəbrayılovla bağlı xatirələrini bölüşdü.
Çıxış edən 44 günlük Vətən müharibəsinin Şəhidi Orxan Namazovun anası, Goranboy Rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Nəzarət şurasının sədr müavini Naile Memmedova Şəhidlərimizin xatirəsinə həsr edilən tədbirin yüksək səviyyədə keçirilməsində əməyi olan bütün Mədəniyyət işçilərinə minnətdarlığını bildirdi.
Bu gün Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirinin təşkil edilməsində Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi cənab Pərvin Kazımova, Goranboy rayonu üzrə nümayəndəsi İsax Məmmədova təşəkkürünü ifadə etdi.
Çıxış edən Mədəniyyət işçiləri və natiqlər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğuladılar.
Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər, səhnəciklər və kompazisyalar səsləndirilib.
Xəbəri paylaş