Xəbər lenti
18-11-2024, 12:06
 

İmişli rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi keçirilib - Fotolar

Tarix: 20-04-2024 12:46     Baxış: 1 631

 İmişli Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə aprelin 19-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgi İmişli şəhərinin H.Əliyev adına istirahət parkında açıq havada təşkil olunub.

Mubarizciler.az-ın məlumatına görə,  Sərgiyə baxış zamanı çıxış edən icra başçısı sərginin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda bütün ölkələr üçün ekoloji mühitin yaxşılaşdırılması və bu istiqamətdə adekvat addımların atılması prioritetdir. Bu cür sərgilərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. 

  Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərginin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar