Xəbər lenti

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçirilib - Fotolar

Tarix: 20-04-2024 12:42     Baxış: 2 149

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Anbu kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib. 

Çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev ümumbəşəri bəla olan narkomaniyanın fəsadlarından, onun insan həyatında buraxdığı acı izlərdən konkret misallardan nümunə gətirməklə bu bəladan qurtulmaq üçün hər kəsin üzərinə mənəvi məsuliyyət düşdüyünü bildirib. Sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verilib. 

Sonra müzakirə olunan mövzular ətrafında digər çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar