Xəbər lenti
24-07-2024, 20:55
 

Göyçay rayonunda “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib - Fotolar

Tarix: 19-04-2024 20:10     Baxış: 784

Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.

Mubarizciler.az xəbər verir ki, 19 aprel 2024-cü il tarixdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Göyçay Ensiklopediyası”nın davamı olaraq nəşr etdirdiyi, görkəmli şair-dramaturq, teatr xadimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olmuş İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” kitabının təqdimetmə mərasimi keçirilib.

Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov, filologiya elmləri doktoru, professor Asif Hacılı, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, “Əmək” ordenli Tariyel Qasımov, Azərbaycan Respublikasının Əməkdar Artisti Ədalət Məmmədov, şair İsgəndər Coşqunun ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdükdən sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto sərgiyə baxış keçiriblər. 

Kitabın təqdimetmə mərasimində Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, kitabın ideya müəllifi və naşiri Elxan Süleymanov, kitabın tərtibçisi və elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılı, uzun illər teatrda şairlə birlikdə çalışmış Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, “Əmək” ordenli Tariyel Qasımov, respublikanın Əməkdar Artisti Ədalət Məmmədov, əməkdar mədəniyyət işçisi Rafiq Rəhimli, şair Ətraf Sərraf, jurnalist Elşad Məmmədli, şair-publisist, pedaqoq, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Məmməd çıxış edərək kitabın məziyyətlərindən söz açmış, dahi şairlə bağlı xatirələr söyləmişlər.

Şairin qızı Aygün Coşqun, nəvəsi Zərifə Hümbətzadə İsgəndər Coşqunun poeziyasına göstərilən diqqətə və kitabın ərsəyə gəlməsində əziyyəti olanlara öz dərin təşəkkürlərini bildiriblər. 

Çıxışların sonunda məktəbli, qiraətçilər Nuray Səmədzadə "Hər Vətən deyəndə mən" və Qədir Məmmədov isə "Olaydım" şeirlərindən parçalar səsləndirib və rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar oxuyublar. 

Sonda tədbir iştirakçılarına Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olmuş İsgəndər Coşqunun əsərlərinin külliyatından ibarət “Nəğmə dolu ürək” kitab hədiyyə olunmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar