Xəbər lenti

Goranboyda “Narkomaniya Bəşəriyyətin Bəlasıdır!” mövzusunda maarifləndirici seminar keçirildi - Fotolar

Tarix: 19-04-2024 19:59     Baxış: 1 302

Goranboy rayonunda "Biz sağlam həyat tərzini seçirik!" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, 19 aprel 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy rayon Polis Şöbəsi və Goranboy rayon UADM-nin birgə təşkilatçılığı ilə Qaraçinar kənd tam orta məktəbin akt zalında “Narkomaniya Bəşəriyyətin Bəlasıdır!” mövzusunda maarifləndirici seminar keçirildi.

Tədbirdə çıxış edən natiqlər narkotik vasitələrin cəmiyyətimiz üçün yaratmış olduğu təhlükələrdən bəhs edərək, onların zərərləri barədə gənclərə geniş məlumat verdilər. Tədbir sonunda narkotik vasitələrinin və erkən nikahın zərərlərini izah edən videoçarx gənclərin diqqətinə çatdırıldı.

Tədbirdə ümumilikdə 43 nəfər gənc iştirak etdilər. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar