Goranboyda "Biz sağlam həyat tərzini seçirik!" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - Fotolar
Goranboy rayonunda "Biz sağlam həyat tərzini seçirik!" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, 19 aprel 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy rayon Polis Şöbəsi və Goranboy rayon UADM-nin birgə təşkilatçılığı ilə Ağcakənd kənd tam orta məktəbin akt zalında “Narkomaniya Bəşəriyyətin Bəlasıdır!” mövzusunda maarifləndirici seminar keçirildi.
Tədbirdə çıxış edən natiqlər narkotik vasitələrin cəmiyyətimiz üçün yaratmış olduğu təhlükələrdən bəhs edərək, onların zərərləri barədə gənclərə geniş məlumat verdilər. Tədbir sonunda narkotik vasitələrinin və erkən nikahın zərərlərini izah edən videoçarx gənclərin diqqətinə çatdırıldı.
Tədbirdə ümumilikdə 35 nəfər gənc iştirak etdilər. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.
Xəbəri paylaş