Xəbər lenti

Elçin Rzayev vətəndaşların növbəti səyyar qəbulunu keçirib - Fotolar

Tarix: 19-04-2024 10:41     Baxış: 1 274

Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Muradxanlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib.

 Mubarizciler.az xəbər verir ki,  Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər. 

Qəbulda əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan icra başçısı prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, yerlərdə problemlərin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə görüşlərin davamlı olacağını bildirib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar