Xəbər lenti

Gəncədə buraxılış imtahanlarında maksimum nəticə göstərmiş şagirdlərlə görüş keçirilib - Fotolar

Tarix: 18-04-2024 15:52     Baxış: 1 911

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında 300 bal toplamış şagirdlərlə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, sektor müdirləri, həmin şagirdlərin təhsil aldığı ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. 

Çay süfrəsi ətrafında təşkil edilmiş görüşdə idarə müdiri yüksək bal  topladıqlarına görə şagirdləri  və onların valideynlərini təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıb.

Şagirdlər təhsildə əldə etdikləri nailiyyətlərə görə müəllimlərinə və məktəb direktorlarına öz təşəkkürlərini bildiriblər. 

Sonda şagirdlərə hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar