Xəbər lenti

Neftçalada “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib - Fotolar

Tarix: 18-04-2024 15:00     Baxış: 1 505

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı rayonun Astanlı kənd və Bankə qəsəbə 2 saylı orta məktəblərində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Emil Cavadov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.

Bundan əlavə, Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, narkotiklərin zərərlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar