Xəbər lenti

Elçin Rzayev vətəndaşların müraciətlərini dinləyib - Fotolar

Tarix: 17-04-2024 11:55     Baxış: 1 323

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə  aprelin 16-da təsdiq edilmiş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Qaravəlili və Mirili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. 

Mubarizciler.az xəbər verir ki, Mirili kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər. 

  Giriş nitqi ilə çıxış edən icra başçısı dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Sonra rayon rəhbəri sakinlərdən müraciətlərini səsləndirilmələrini xahiş edib. Qaldırılan problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə razılıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar