Xəbər lenti

Şəmkirdə 𝐀𝐛𝐢𝐝ə𝐥ə𝐫 𝐏𝐚𝐫𝐤ı 𝐭ə𝐦𝐢𝐫𝐝ə𝐧 𝐬𝐨𝐧𝐫𝐚 - Fotolar

Tarix: 17-04-2024 11:38     Baxış: 2 520

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən cari təmir işləri aparlına parklarımızdan biri də Abidələr Parkıdır. 

Mubarizciler.az xəbər verir ki, Parkda aparılan yenidənqurma işləri çərçivəsində bütöv Azərbaycanın tarixi binaların miniatürləri yeniləri ilə əvəzlənib. Eyni zamanda Azərbaycan xəritəsi formasında hazırlanan parkda Xəzər dənizini təcəssüm etdirən fəvvarələrlə bəzədilmiş hovuzda əsaslı təmir işləri aparılıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə yerində tanış olub. İcra başçısına bildirilib ki, Abidələr Parkında sakinlərin rahat və xoş istirahəti üçün elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların yeni, müasir standartlara uyğun lampalarla əvəzlənməsi, yeni tullantı qutularının qoyulması, skamyaların yenilənməsi və digər işlər də icra olunub.

Bildirilib ki, parkda bütün tarixi abidələrin yeni miniatürləri  xəritədəki yerlərinə uyğun olaraq yerləşdirilib və işıq sistemi ilə təmin olunub. Abidələr Parkının giriş və çıxış hissələrində parkın adı yazılan bilbordlar quraşdırılıb. 

Qeyd edək ki, rayonumuzda aparılan yenidənqurma işlərinin məqsədi Şəmkir şəhərinin küçə və prospektlərində, parklardakı şəraiti daha da yaxşılaşdırmaq, ən müasir dövrün tələblərinə uyğun şəkildə əhalinin istifadəsinə verməkdir.

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar