Xəbər lenti

Goranboyda Voleybol üzrə rayon birinciliyi keçirildi - Fotolar

Tarix: 16-04-2024 21:56     Baxış: 378

 16 aprel 2024-cü il tarixlərdən başlayaraq Goranboy şəhər 1 nömrəli tam orta məktəbin idman zalında Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ümumtəhsil məktəb şagirdlərindən ibarət komandalar arasında Voleybol idman növü üzrə rayon birinciliyinə start verildi. Mubarizciler.az xəbər verir ki  Yarışın açılış mərasimində idman ictimaiyyətinin nümayəndələri və yarışa qatılmış 12 məktəb komandası iştirak etdi. Olimpiya sistemi üzrə təşkil olunmuş birincilikdə çıxış edən natiqlər, ölkəmizdə idmana olan diqqət və qayğını, rayonumuzda voleybol idman növünün inkişaf etdirilməsini yarış iştirakçılarının diqqətinə çatdırdılar.

 Qarşılaşmanın ilk oyununun nəticəs.

Goranboy 2 nömrəli məktəb 2 : 3 Tatarlı məktəbi. Yarışda iştirak edən bütün komandalara uğurlar arzu edirik. Qeyd edək ki, birinciliyin 26 aprel 2024-cü il tarixədək tərtib olunmuş qrafik üzrə davam edəcəyi nəzərdə tutulub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar