Xəbər lenti
18-11-2024, 12:06
 

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - Fotolar

Tarix: 16-04-2024 16:36     Baxış: 847

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 16-da Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib.

Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Daha sonra isə iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə yerləşən Heydər Əliyev adına parkda ağaclar əkib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Vüqar Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də  paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verildiyini qeyd edib.

Konfrans zamanı çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Sumqayıt şəhəri ərazisində də davam etdirildiyini qeyd edib.

Dahi lider Heydər Əliyevin ekoloji siyasəti barədə danışan Sumqayıt şəhər prokuroru Mürvət Həsənov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini vurğulayıb.

Konfransda, həmçinin, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, aqrar elmlər üzrə fəlsəfə doktoru Tünzalə Babayeva və digərləri aktual  mövzular üzrə çıxış edib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” səmərəli müzakirələr aparılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar