Xəbər lenti

Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib - Fotolar

Tarix: 16-04-2024 16:31     Baxış: 854

Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər davam etdirilir, onların sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayonunda da əsaslı işlər görülür. Mubarizciler.azxəbər verir ki, rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının ziyarətləri davam etdirilir, aidiyyəti məsul şəxslərin birgə iştirakı ilə müntəzəm görüşlər təşkil olunur.  Keçirilən görüşlər zamanı, edilən müraciətlərin yerində obyektiv araşdırılması və  rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir. Digər məsələlərin həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır. Goranboy RİH-nin və aidiyyəti xidmət sahələrinin məsul  əməkdaşlarının, inzibati ərazi dairələri üzrə  nümayəndələrin və  bələdiyyələrin birgə iştirakı ilə  Qızılhacılı qəsəbəsində Qızılhacılı qəsəbəsi və Aşağı Ballıqaya kəndindən olan Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar