Xəbər lenti

Anar Tağıyev növbəti vətəndaşların qəbulunu keçirib - Fotolar

Tarix: 15-04-2024 22:01     Baxış: 420

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Malbinəsi kəndində keçirmişdir.

 Mubarizciler.az xəbər verir ki,  Qəbulda ŞİHB-ı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Qəbulda sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir.

Qəbul zamanı sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalı barədə məlumat verilmişdir.

Qəbulda qaldırılan məsələlərlə bağlı Şəhər rəhbəri tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. 

Sakinlər ölkəmizin daha da qüdrətlənməsi,  xalqımızın rifahı və tərəqqisi naminə atılan addımlara , şəhid ailələrinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildirmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar