Bu gün Məhərrəm Quliyev doğum günüdür
13 aprel dəyərli ziyalımız, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin doğum günüdür 56 yaşı tamam olur.
Mubarizciler.az xəbər portalının kollektivi adından Məhərrəm müəllimi təbrik edib, Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq.
Məhərrəm Böyükağa oğlu Quliyev 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur.
1986-1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur.
13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Böyükağa oğlu Quliyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Ailəlidir. 2 övladı var.
Xəbəri paylaş