Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib - Fotolar
Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər davam etdirilir, onların sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayonunda da əsaslı işlər görülür. Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının ziyarətləri davam etdirilir, aidiyyəti məsul şəxslərin birgə iştirakı ilə müntəzəm görüşlər təşkil olunur. Keçirilən görüşlər zamanı, edilən müraciətlərin yerində obyektiv araşdırılması və rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir. Digər məsələlərin həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.
Goranboy RİH-nin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin birgə iştirakı ilə Bağçakürd kəndində Düzqışlaq, Bağçakürd, Azad və Dəyirmanlar kəndlərindən olan Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.
Xəbəri paylaş