Xəbər lenti

Seymur Nazarov Ramazan bayramı münasibətilə təbrik ünvanlayıb

Tarix: 10-04-2024 02:33     Baxış: 3 157

Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov Müqəddəs Ramazan bayramı münasibətilə təbrik ünvanlayıb.

Mubarizciler.az- ın məlumatına görə təbrikdə deyilir.

Əziz həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar.

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək.

Əziz Qəhrəman Goranboylular!

Müqəddəs Ramazan bayramında bir daha hamınıza ailə səadəti, sağlamlıq, milli və bəşəri dəyərlərə sədaqət, əmin-amanlıq diləyir, xoşbəxt günlərin sevincini yaşamaqla cənab İlham Əliyevin ətrafında sıx birləşməyi arzulayıram!

Ramazan bayramınız mübarək olsun!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar