Xəbər lenti

Neftçalada iftar süfrəsi təşkil olundu - Fotolar

Tarix: 09-04-2024 20:05     Baxış: 1 232

Neftçalada rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və ruhlarına dualar oxunub.

İftar süfrələrinin açılması ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyi, sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycanın Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyi bildirilib.

Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyi vurğulanıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalda olan ərazilərimiz 44 günlük Vətən müharibəsi ilə azad olunub, lokal anti terror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib və həmin azad olunan torpaqlarda iftar süfrələrinin verilməsindən danışılıb.

İftar süfrəsində Qurani Kərimdən surələr oxunub, Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılıb və Ramazan duası oxunub.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar