Xəbər lenti
18-11-2024, 12:06
 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Goranboyda ağacəkmə aksiyası keçirilib - Fotolar

Tarix: 09-04-2024 14:30     Baxış: 1 302

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən bu çərçivədə Eldar şamı ağacları əkilmişdir.

Keçirilən aksiyada Goranboy Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov, Goranboy rayon SSİ-nin rəisi İlqar Məhərrəmov və kollektiv iştrak etmişdir.

Goranboy rayonu ərazisində avtomobil yollarının  mühafizə zolağında, rayon ərazisindəki digər yolötürücüləri və yolqovşaqlarının ərazilərində xeyli miqdarda müxtəlif növ ağac tingləri və kol bitkisi əkilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmışdır.

Qeyd edək ki, bu yaşıllıqlara qulluq zamanı onların vəziyyəti öyrənililir, xəstəlik və zərərvericilərdən mühafizə olunması məqsədilə müntəzəm müşahidələr aparılır. Aqrotexniki qulluq zamanı isə torpaqda yumşaltma işləri aparılır, alaq otları və digər yabanı kollar sahədən götürülür, yaşıllıqlar suvarılır və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri aparılır. 

Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır. 

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Goranboy rayon Suvarma Sistemləri İdarəsi tərəfindən bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir. 

Elçin Tağıyev.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar