Xəbər lenti

Goranboy rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edilib - Fotolar

Tarix: 08-04-2024 14:29     Baxış: 1 953

Goranboy rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, iftar süfrəsində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, rayon ağsaqqalları, ziyalıları, din xadimləri və idmançılar iştirak edib.

Goranboy şəhər məscidində keçirilən mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən qayğıdan söz açıblar, eyni zamanda respublikamızda dövlət-din münasibətlərinin daima multikultural dəyərlərə əsaslandığını qeyd ediblər.

Sonda din xadimləri tərəfindən şəhidlərimizin xatirəsi yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub, dualar səsləndirilib və Ramazan ayının fəzilətlərindən danışılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar