Xəbər lenti

Goranboyda Cüdo idman növü üzrə Beynəlxalq turnir keçirildi - Fotolar

Tarix: 08-04-2024 12:52     Baxış: 707

Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun, Azərbaycan Cüdo Federasiyası və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə  06-07 aprel 2024-cü il tarixlərində Goranboy Olimpiya İdman Kompleksinin cüdo arenasında Beynəlxalq turnir keçirildi.

 Mubarizciler.az xəbər verir ki,  Turnirdə Azərbaycan, Almaniya, Sloveniya və Qazaxstan komandalarından 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələri üzrə iştirak edərək öz güclərini sınadılar. Tədbirdə Goranboy RİH başçısının birinci müavini Seymur Nazarov, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov və digər fəxri qonaqlar iştirak etdilər. Tədbirin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin diplom və medalları ilə mükafatlandırıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar