Goranboyda Səfikürd kənd qəbristanlığında yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası həyata keçirilib - Fotolar
YAP Goranboy rayon təşkilatı bir qrup şəhid ailələrinin müraciətini nəzərə alaraq Səfikürd kənd qəbristanlığında yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası həyata keçirtdi.
Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə rayonun Səfikürd və Tatarlı kəndindən olan şəhid ailələrinin müraciəti əsasında və ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nin qeyd olunması məqsədi ilə Səfikürd kənd qəbristanlığında yerləşən Şəhidlər Xiyabanında hər bir şəhidin adına bir ədəd Eldar Şamı ağacı və çoxillik gül kolları şəhid ailələrinin üzvləri, partiya fəalları, YAP Goranboy rayon təşkilatının əməkdaşları ümumilikdə 24 ədəd Eldar Şamı ağacı və 60 ədəd çoxillik gül kolları əkmişdirlər.
Aksiya iştirakçıları öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Səfikürd kəndindən olan şəhidilərin məzarını ailə üzvləri ilə birgə ziyarət etdilər, onların əziz xatirəsini anaraq ruhuna dualar oxudular.
Sonra YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev aksiya iştirakçılarına məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Şəhidlərin əziz xatirəsi ehtiramla anıldığı tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağın, tarix yazan qəhrəmanların and yerimizə, ziyarət məkanına çevirməyin vacibliyindən bəhs edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı ilə əhatə olunması, problemlərinin vaxtında həll edilməsi təşkil edir.
Şəhid ailələrinin nümayəndələri dövlətin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri xüsusi diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan, YAP sədri cənab İlham Əliyevə və Birinci Vitse-Prezident, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Xəbəri paylaş