Xəbər lenti

Rəşad Tağıyev vətəndaşların səyyar görüş qəbulunu keçirib - Fotolar

Tarix: 08-04-2024 12:38     Baxış: 455

Səyyar qəbul-görüş zamanı sakinlərə Şəmkir rayonunda görülən  abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır: “İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti qlobal böhranla mübarizə dövründə belə heç bir sosial layihəsini təxirə salmadı. Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkliyə çevrildi. Bununla da bir daha təsdiq olundu ki, regionlarının sürətli yüksəlişi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.

İcra başçısı qeyd edib ki regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri işlər davam etdirilir və bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.

Mubarizciler.az xəbər verir ki, Çinarlı qəsəbəsinin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar