Xəbər lenti

SON DƏQİQƏ: Şəhid Atası dünyasını dəyişdi - FOTO

Tarix: 07-04-2024 12:45     Baxış: 595

Göyçayda Şəhid Atası dünyasını dəyişdi!

1993-cü ildə Birinci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə  şəhid olan Eldar Məhərrəmovun atası Məhərrəmov Aydın İbad oğlu gecə saatlarında vəfat edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd  edək  ki, şəhidimizin atası  bu gün saat 14:00- da dəfn olunacaq. 

Xatırladaq ki, şəhid Eldar Məhərrəmov 1973-cü il  15  mayda Göyçay  rayonunda  anadan olub. Orta məktəbi bitirəndən sonra Göyçayda açılmış bir illik maliyyə-kredit kursunda oxuyub, sonra ilk hərbi xidmətini keçmək üçün Ukraynaya yola düşüb. Hərbi xidmətini başa vurub vətənə dönərək E.Məhərrəmov 1992-ci ilin iyununnda könüllü olaraq Azərbaycan ordusunda xidmətə yollanıb.

Azərbaycan  Ordusunun 707 saylı briqadanın tank əleyhinə artilleriya diviziyasında PDM komandiri kimi xidmət keçən Eldar Məhərrəmov Ağdərə, Ağdam, Gədəbəy, Qazax, Ağstafa  və  Tovuzun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq  göstərib. O,  1993 ilin avqustunda şəhid olub və Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar