Şəmkir rayonunda Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi yad edilib - Fotolar
𝐑ə𝐬ş𝐚𝐝 𝐓𝐚𝐠ı𝐲𝐞𝐯: “𝐐ə𝐡𝐫ə𝐦𝐚𝐧 𝐨𝐠̆𝐮𝐥𝐥𝐚𝐫ı𝐦ı𝐳 𝐛𝐚𝐲𝐫𝐚𝐠ı𝐦ı𝐳ı 𝐋ə𝐥ə𝐭ə𝐩ə 𝐲ü𝐤𝐬ə𝐤𝐥𝐢𝐲𝐢𝐧𝐝ə 𝐝𝐚𝐥𝐠𝐚𝐥𝐚𝐧𝐝ı𝐫𝐦𝐚𝐪𝐥𝐚 𝐕ə𝐭ə𝐧 𝐦ü𝐡𝐚𝐫𝐢𝐛ə𝐬𝐢𝐧𝐝ə 𝐪𝐚𝐳𝐚𝐧𝐝ı𝐠ı𝐦ı𝐳 𝐪ə𝐥ə𝐛ə𝐦𝐢𝐳𝐢𝐧 𝐢𝐥𝐤 𝐦ü𝐣𝐝ə𝐬𝐢𝐧𝐢 𝐯𝐞𝐫𝐝𝐢𝐥ə𝐫”
Şəmkir rayonunda Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi yad olunur.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətində Aprel şəhidlərinin ailələri və o şanlı tarixin yazılmasında sağlamlığını itirən qazilərimizlə görüş keçirildi.
RİH başçısı Rəşad Tağıyev şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirdi, Aprel döyüşlərinin tarixi Zəfərimizə gedən yolun başlanğıcı olduğunu qeyd etdi.
İcra başçısı dövlətimizin, xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, şəhid ailələrinin, qazilərin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırdı.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndirdilər.
Bu gün isə Aprel Zəfərində Vətən uğrundan canından, qanından keçən mərd oğullarımızdan Polkovnik Vuqar Yusibovun il mərasimi böyüyüb boya-başa çatdığı Şiştəpə kəndində, Silahlı qüvvələrdə müddətdən artıq hərbi xidmətdə olan Təbriz Əsgərovun il mərasimi Şəmkir şəhərində, əsgər Nurlan Qasımovun il mərasimi Tatarlı kəndində keçirildi.
Anım tədbirlərində Şəmkir RİH başçısı Rəşad Tağıyev və RİH-in rəhbər heyəti şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qəhrəmanlıqlarından danışaraq, onların ömür yollarının gənclərə örnək olduğunu diqqətə çatdırdılar.
Bildirildi ki, Azərbaycan Aprel müharibəsi ilə düşmənə və onların havadarlarına sübut etdi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin şanlı səhifələrindən birini yazdılar. Düşmənin məğlubedilməzlik mifini darmadağın etdilər. Və 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qazandığımız tarixi qələbənin təməllini qoydular.
Onu da qeyd edək ki, şəhid Altun Dəmirli və şəhid Vusal Alıyevin il mərasimi isə aprelin 9-da keçiriləcək.
Xəbəri paylaş