Xəbər lenti

Göygöl rayonunda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib - FOTO

Tarix: 06-04-2024 11:52     Baxış: 623

Elm və Təhsil Nazirliyinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının yüksək səviyyədə olması məqsədilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, "N" saylı hərbi hissədə baş tutan hərbi-idman oyununda ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra sektor müdiri Z.Abbasov çıxış edərək qeyd edib ki, Azərbaycan ordusu öz qüdrətini döyüş meydanındakı zəfəri, iradəsi və sarsılmazlığı ilə bütün dünyaya göstərə bildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti ilə qazanılan bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu cür oyunların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olduğunu bildirərək komandaların hər birinə uğurlar arzuladı.

Rayon orta ümumtəhsil məktəblərinin komandaları arasında keçən gərgin mübarizədə Üçtəpə kənd tam orta məktəbin komandası yarışın qalibi olaraq zona mərhələsinə vəsiqə qazandı, 2-ci yeri İ.Hüseynov adına şəhər 1 nömrəli tam orta məktəbin komandası, 3-cü yeri isə Xəqani kənd tam orta məktəbin komandası qazana bildi. 

İştirak edən bütün komandalara təşəkkür edirik, qalib komandaya digər mərhələlərdə uğurlar arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar