Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədovun təşəbbüsü ilə Goranboyda iftar süfrəsi təşkil olunub - FOTOLAR

Tarix: 06-04-2024 11:46     Baxış: 1 302

Müqəddəs Ramazan ayı münasibətilə 96 saylı Goranboy-Naftalan seçki dairəsinin Deputat Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonunda şəhid ailələri üçün növbəti iftar süfrəsi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, iftar mərasimində Millət vəkili Anar Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Din xadimləri, Ziyalılar şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Anar Məmmədov qeyd edib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır: “İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycanın təməl prinsiplərini ulu öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir.

Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətdə Birinci-vitse prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır”.

Həmçinin Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi: “Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı, uğrunda döyüşdükləri Qarabağ torpaqları işğaldan azad olundu”.

Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.

Çıxış edən Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər.


Elçin Tağıyev.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar