Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda iftar süfrəsi təşkil olundu - Foto

Tarix: 05-04-2024 14:31     Baxış: 1 288

Ruzi-bərəkət, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə  xidmət edən mübarək bayramdır. Mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsidir.

Mubarizciler.az xəbər verir ki, Bu məqsədlə, Goranboyda  rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin  dəstəyi ilə, 600 nəfərlik iftar süfrəsi təşkil edildi. İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət açıldı,  xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi.

 Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anıldı, ruhlarına dualar oxundu.

 Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi  və birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıldı. 

İftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon İcra Hakimiyyətinin başçısının  birinci müavini Seymur Nazarov və  rayonun digər rəhbər şəxsləri  iştirak etdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar