Xəbər lenti

Fizuli Almuradov növbəti hesabat dövrü üçün yenidən sədr seçildi - Fotolar

Tarix: 04-04-2024 17:39     Baxış: 3 829

Goranboyda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı  rayon Komitəsinin hesabat iclası keçirildi.

Mubarizciler.az xəbər verir ki,  Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının  baş mütəxəssisi Valeh Nağıyev, Həmkarlar İttifaqı  rayon Komitəsinin sədri Fizuli Almuradov  və həmkarlar təşkilatının fəal üzvləri, YAP rayon təşkilatının sədri Samir Qocayev və bir qrup ictimai fəallar iştirak etdilər. 

İclas iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini və rayon mərkəzində Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət etdilər. 

Sonra tədbir YAP rayon təşkilatının inzibati binasının akt zalında davam etdirildi. Hesabat iclasında,  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı  rayon Komitəsinin 2017-2024-cü illər hesabat məruzəsi dinlənildi,  Komitənin ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi və Fizuli Almuradov növbəti hesabat dövrü üçün yenidən sədr seçildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar