Xəbər lenti

Vüqar Novruzov Cümə məscidində görülmüş işlərlə tanış olub - Foto

Tarix: 02-04-2024 18:13     Baxış: 1 428

Şəhər Cümə məscidinin ətrafında abadlıq işləri aparılıb.

Beynəlxalq Turizm Mərkəzi olan Naftalana gələn yerli və xarici turistlərin sayı ildən ilə artır. Qazaxıstan, Özbəkistan və digər ölkələrdən olan turistlər üstünlük təşkil edir. 

Müqəddəs Ramazan ayında şəhərin Cümə Məscidinin fasadı təmir olunaraq ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həyətində və ətraf ərazidə müxtəlif növ ağaclar əkilmiş, həyətinə yeni asfalt örtüyü salınmış, məscidin giriş qapısı-darvazası və tanıtma lövhəsi yenisi ilə əvəzlənərək yeni oturacaqlar qoyulmuş, hasarı yenidən bərpa edilmişdir.

Mubarizciler.az xəbər verir ki,  ŞİH-nin başçısı, şəhər polis şöbəsinin rəisi Zaur Bayramov, DQİDK-nin Gəncə bölgəsi üzrə nümayəndəsi Kamal Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan bölməsinin Qazısı Hacı Anar Orucov ilə birgə məsciddə olmuş, görülmüş işlərlə tanış olub. 

Həmçinin, ŞİH və DQİDK tərəfindən məscidin kitabxanasına üç dildə Qurani Kərim, digər dini və multikulturalizm mövzulu kitablar hədiyyə olunub.

Həmçinin bir müddət əvvəl məscidin həyətində günəş və yağışdan qorunmaq üçün çardaq quraşdırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar