Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib - FOTOLAR

Tarix: 02-04-2024 17:47     Baxış: 1 022

Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər davam etdirilir, onların sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayonunda da əsaslı işlər görülür. Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının ziyarətləri davam etdirilir, aidiyyəti məsul şəxslərin birgə iştirakı ilə müntəzəm görüşlər təşkil olunur.  Keçirilən görüşlər zamanı, edilən müraciətlərin yerində obyektiv araşdırılması və  rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir. Digər məsələlərin həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır. Goranboy RİH-nin və aidiyyəti xidmət sahələrinin məsul  əməkdaşlarının, inzibati ərazi dairələri üzrə  nümayəndələrin və  bələdiyyələrin birgə iştirakı ilə Goranlı kəndində Borsunlu, Nadirkənd, Səmədabad, Əhmədabad və Goranlı kəndlərindən olan Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar