Xəbər lenti

Rəşad Tağıyev Şəhid ailələri ilə görüşüb - Fotolar

Tarix: 02-04-2024 15:12     Baxış: 399

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Sabirkənd kəndində şəhid ailələri ilə görüşüb.

İcra başçısı bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq.

Rəşad Tağıyev dövlətimizin, xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, şəhid ailələrinin, qazilərin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar