Xəbər lenti

Rəşad Tağıyev vətəndaşların səyyar görüşünü keçirib - FOTO

Tarix: 29-03-2024 22:07     Baxış: 945

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə İsgəndərli kəndində sakinlərimizlə görüşüb.

Mubarizciler.az xəbər verir ki,  Rəşad Tağıyev sakinlərlə söhbətində dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər bu gün də davam etdirilir. Bütün bu tədbirlər isə əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.


Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.


Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar