Xəbər lenti

Sabirabadda məktəblilər polisin qonağı olublar - Foto

Tarix: 29-03-2024 12:45     Baxış: 1 071

Sabirabadda yuxarı sinif şagirdləri Rayon Polis Şöbəsinə qonaq gələrək əməkdaşların xidmətləri ilə yaxından tanış olublar. 

Mubarizciler.az xəbər verir ki, Görüşün əvvəlində inzibati binanın sıra meydanında məktəblilərə polis şöbəsinin müxtəlif xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar nümayiş etdirilib. Qonaqlara geniş məlumatlar verilib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.

Daha sonra şöbənin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs və xidməti otaqlarla tanış olublar, növbətçi hissənin iş prosesini izləyiblər. İzah olunub ki, burada polis edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür.

Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar