Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd edildi - Foto

Tarix: 28-03-2024 13:20     Baxış: 868

Goranboy rayon İcra Hakimiyyətinin və  rayonun digər rəhbər şəxslərinin, DTX rayon şöbəsinin əməkdaşlarının və bir qrup  ictimai fəalların birgə iştirakı ilə  Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı, Ümummillim Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsi ziyarət edildi. 

Mubarizciler.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində, Ümummilli Liderin Xalqına həsr edilmiş mənalı ömür yolunu, xüsusi xidmət orqanlarında və dövlət idarəçiliyində  fəaliyyətini əks etdirən videoçarx izlənildi, fotogüşəyə baxış keçirildi.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Sovet İttifaqı süquta uğrayandan sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. Ümummilli Lider deyirdi: “…Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”. Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və prinsipial  siyasət nəticəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar