Xəbər lenti

Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı Naftalan şəhərində qeyd edilib - Foto

Tarix: 28-03-2024 13:15     Baxış: 1 064

Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı qeyd edilib.

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.

Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci ildə imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidmətinin milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti tarixin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.

Mubarizciler.az xəbər verir ki,  Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı münasibəti ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon şöbəsinin rəisi və hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar